Məşhur türkiyəli aşpaz Somer Sivrioğlu karyerası ilə yanaşı şəxsi həyatı ilə bağlı da tez-tez danışılır.
Medicina.az xəbər verir ki, MasterChef-in aşpazı Somer Sivrioğlu sevgilisi Tilbe Uslunun ad gününü sosial media hesabından paylaşım edərək qeyd edib.
Somer Sivrioğlu paylaşımında bunları yazıb:
"Sonra bir gün, ən pis gecənizdə, ən dağınıq anınızda qarşınıza çıxır. Bu müddət ərzində itirdiyini düşündüyünüz hər şey sizin içinizdə yenidən alovlanır. Ad günün mübarək, oyun yoldaşım. Yaxşı ki varsan, Bambi".

Aygün
Medicina.az