AZ

Deputat: Əbu Dabidəki vasitəçisiz görüş sülh prosesinə yeni nəfəs verdi

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milli Məclisin deputatı Nigar Məmmədova "Hədəf" verilişində qonaq olarkən, Əbu Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edib.

AZXEBER.COM xəbər verir ki, deputat bildirib ki, bundan əvvəlki vasitəçisiz ikitərəfli görüşlərə 2024-cü ilin əvvəlində şahid olmuşduq:

"Ermənistanın mövqeyinin zamanla dəyişdiyini də gördük. Əbu Dabidə keçirilən bu görüş isə vasitəçisiz prosesə yeni nəfəs verdi və onu yeni bir mərhələyə daşıdı."

Nigar Məmmədovanın sözlərinə görə, bu görüş digər danışıqlardan tam fərqli idi:

"Tərəflər bu görüşə artıq hazırlıqlı şəkildə, geniş heyətlə qatılmışdılar. Üstəlik, Birləşmiş Ərəb Əmirlikləri – regionda heç bir geosiyasi marağı olmayan, amma sülhə və iqtisadi əməkdaşlığa maraq göstərən neytral bir ölkə ev sahibliyi etdi."

Deputat, BƏƏ ilə Azərbaycanın enerji, yaşıl enerji və Qarabağ–Şərqi Zəngəzurda birgə layihələrdə əməkdaşlıq etdiyini xatırladaraq, bu fonda görüşün obyektiv mühitdə baş tutduğunu vurğulayıb.

Görüş zamanı delimitasiya və demarkasiya məsələləri, Zəngəzur dəhlizi və sülh müqaviləsinin perspektivləri, eləcə də qarşılıqlı etimadın artırılması kimi vacib məqamların müzakirə edildiyini bildirən Nigar Məmmədova, Azərbaycan Xarici İşlər Nazirliyinin də etimadın inkişafı ilə bağlı açıqlamasına diqqət çəkib.

Oksana Orucova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azxeber.com

1Mənbələr