AZ

Yaxın Şərqdə qanlı oyun: Türkiyə mühasirəyə alınır?

Xəbər verdiyimiz kimi, Suriyada son günlər İŞİD terrorçularının fəaliyyəti yenidən artıb. Xüsusilə Hüms, Deyr əz-Zor və Dəməşq bölgələrində hücumların sayı çoxalıb.

Publika.az xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, təkcə son iki ayda 32 hücum qeydə alınıb.

"Haber Global"-ın yaydığı xəbərə əsasən, ABŞ bu təhdiddən istifadə edərək PKK-nın Suriya qolu olan YPG-ni bölgədə daha da gücləndirməyə çalışır.

Bildirilib ki, “çöl strategiyası” adı altında YPG-yə yeni silahlar verilir, təşkilat daha geniş ərazilərdə yerləşdirilir.

İddialara görə, bu planın məqsədi YPG-ni beynəlxalq miqyasda daha legitim güc kimi tanıtmaq və bölgədəki mövqeyini möhkəmləndirməkdir. Ekspertlər bu yanaşmanın bölgədə yeni qarşıdurmalara və təhlükəsizlik risklərinə yol aça biləcəyini vurğulayırlar.

Mənbələr bildirir ki, ABŞ və bəzi Qərb dairələri “təhlükəsizlik boşluğunun” doldurulması bəhanəsi ilə YPG-yə dəstək verməyə davam edir. Bu plan çərçivəsində “Hol” düşərgəsindəki İŞİD üzvlərinin nəzarətdə saxlanılması, yeni nəzarət bölgələrinin yaradılması və bəzi ərazilərdəki “çöl dəhlizlərinin” YPG-nin nəzarətinə verilməsi də nəzərdə tutulur.

Təhlilçilər bu planın bölgədə yeni qarşıdurmalara yol aça biləcəyini və Türkiyə üçün də ciddi təhlükə yaradacağını bildirirlər. YPG-nin silahlanması və legitim güc kimi göstərilməsi region dövlətlərini narahat edə bilər.

Seçilən
9
publika.az

1Mənbələr