AZ

Azərbaycan millisinin üzvü Albaniya klubunda – ÖZƏL

“Sabah”la müqaviləsini ləğv edən Yusif İmanovun yeni klubu məlum olub.

FutbolPress“in əldə etdiyi məlumata görə, qolkiper karyerasını Albaniyada davam etdirəcək. İmanov “Eqnatiya” ilə razılığa gəlib.

Azərbaycan yığmasının da üzvü olan qapıçı 2022-ci ildən “Sabah”ın əsas komandasında çıxış edirdi. O, Premyer Liqada 80 oyunda 75 qol buraxıb. İmanov 34 matçda qapısını toxunulmaz saxlayıb.

“Eqnatiya” Çempionlar Liqasında da mübarizə aparır. Komanda I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın “Breydablik” klubunu 1:0 hesabıyla məğlub edib.

Seçilən
4
futbolpress.az

1Mənbələr