AZ

Uşağın yalan danışması inkişaf göstəricisi imiş TƏDQİQAT

Sfera.az saytından alınan məlumata görə, ain.az bildirir.

Uşaqların yalan danışmağa başlaması onların beyin inkişafının mühüm göstəricisidir. 

Sfera.az xəbər verir ki, Kanadanın Toronto Universitetində aparılan elmi araşdırma göstərir ki, təxminən 3-4 yaşından etibarən uşaqlar yalan danışmağa meylli olurlar.

Mütəxəssislər bunu “zehin nəzəriyyəsi” (Theory of Mind) ilə əlaqələndirirlər. Bu nəzəriyyəyə görə, uşaq anlayır ki, digər insanların düşüncələri və inancları öz fikirlərindən fərqli ola bilər. Bu fərqindəlik isə uşaqlara yalan danışmağa imkan yaradır.

Dr. Lee-nin sözlərinə görə, yalan danışmaq uşaqların zehni çevikliyini, yaddaşını və planlama bacarığını inkişaf etdirir. Araşdırmada iştirak edən uşaqlara kiçik testlər tətbiq edilib və onların yalan danışma tezliyi ilə anlama qabiliyyətləri arasında əlaqə olduğu sübut edilib.

Mütəxəssislər bildirirlər ki, valideynlər uşaqlarının yalan danışmasını yalnız neqativ davranış kimi qəbul etməməli, bunun arxasındakı zehni inkişaf prosesini də nəzərə almalıdırlar.

Fidan Hacızadə

Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
sfera.az

2Mənbələr