Bakı, 11 iyul, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Qadın Seriyasının Buxarest mərhələsinə uğurla başlayıb.
AZƏRTAC xəbər verir ki, Raşa Deliçin başçılıq etdiyi yığma A qrupunda ilk olaraq Yaponiyanın “Sukuba” komandasına 21:10, ikinci oyunda isə İsveçrə təmsilçisi "Lozanna"ya 21:11 hesabı ilə qalib gəlib və əsas mərhələyə yüksəlib.
Komanda iyulun 12-də əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapur kollektivləri ilə qarşılaşacaq.