Suriya rejiminin devrilməsindən sonra Orta Şərqdə balanslar dəyişdi, Türkiyədə isə daxili və xarici siyasətdə yeni bir dövr başladı. Prosesə damğa vuran əsas hadisələri xronoloji ardıcıllıqla təqdim edirik.
Redaksiya xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “daxili cəbhə” mesajı və yeni Konstitusiya hazırlığı ilə başlayan dövr, MHP lideri Dövlət Baxçalının DEM partiyasına etdiyi ziyarət və daha sonra Abdullah Öcalana etdiyi çağırışla yeni mərhələyə keçdi. Öcalanın təcridinin qaldırılması təklifindən sonra birbaşa özü PKK-ya “silahı buraxın” çağırışı etdi. PKK bu tarixi çağırışa müsbət reaksiya verərək ölkə üzrə atəşkəs elan etdi və təşkilat daxilində gələcək yol xəritəsini müəyyən etmək üçün qurultay keçirəcəyini açıqladı.
2024-cü il 26 sentyabr: Ərdoğandan “daxili cəbhə” çıxışı və Konstitusiya hazırlığı mesajı Prezident Ərdoğan ABŞ səfərindən dönərkən gündəmə damğa vuran “daxili cəbhə” açıqlaması verdi. Güclü Konstitusiya hazırlığında olduqlarını və daxili hədəfləri tədricən həyata keçirəcəklərini qeyd etdi: “Daxili cəbhə hədəflərimiz bizim Qızıl Elmamızdır. Biz o cəbhəni sındırmarıq, bu məsələdə qətiyyətliyik”.
2024-cü il 1 oktyabr: Baxçalı parlament açılışında DEM Partiyasını ziyarət etdi TBMM-nin yeni sessiyasının açılışında MHP lideri Dövlət Baxçalı DEM Partiyası fraksiyasını ziyarət etdi. O, jurnalistlərə “Kənarda sülh axtarırıqsa, daxildə niyə axtarmayaq?” mesajını verdi. Elə həmin gün prezident Ərdoğan çıxışında İsrailin Livan və Fələstindəki fəaliyyətlərinin Türkiyəni də hədəfə aldığını vurğuladı.
2024-cü il 2 oktyabr: DEM Partiyadan ilk açıqlama DEM Partiyasının həmsədri Tuncer Bakırcan Baxçalının ziyarətinə münasibət bildirdi: “Yaxınlığımızda müharibə var, hara sıçrayacağı bəlli deyil. Dialoq və danışıqlara hər zamankından çox ehtiyac var. Cəmiyyətin barışını müdafiə edən hər əl tutula bilər”.
2024-cü il 8 oktyabr: İsrail üzərimizə gəlsə min peşman olar Milli Məclisdə qapalı iclas keçirildi, Müdafiə və Xarici işlər nazirləri deputatlara brifinq verdi. Eyni gün Dövlət Baxçalı İsrailə sərt çıxış etdi, DEM Partiyasına uzatdığı əl “milli birlik və qardaşlıq” mesajı adlandırıldı.
2024-cü il 9 oktyabr: “Uzadılan əlin dəyəri” Prezident Ərdoğan parlamentdə “Müharibənin yayılma riski artır, bütün tədbirlər görülür” dedi və Baxçalının açıqlamalarının “çox dəyərli” olduğunu bildirdi.
2024-cü il 15 oktyabr: Silahı buraxın, təslim olun! Dövlət Baxçalı ilk dəfə bu qədər açıq şəkildə PKK-ya “silahı buraxın, təslim olun!” çağırışı etdi.
2024-cü il 22 oktyabr: “Ne Qəndil, ne Ədirnə; ünvan İmralıdan DEM-ə uzansın” Baxçalı PKK lideri Abdullah Öcalanın təcridi qaldırılarsa və təşkilat ləğv olunsa, parlamentdə çıxış edə, “ümid haqqı”ndan yararlana bilər dedi.
2024-cü il 23 oktyabr: TUSAŞ hücumu Ankara TUSAŞ-a silahlı və partlayış hücumu ilə sarsıldı. 5 şəhid, 22 yaralı. TSK dərhal İraq və Suriyadakı PKK mövqelərini vurdu.
2024-cü il 24 oktyabr: İmralı ilə ilk təmas Ömər Öcalan, Abdullah Öcalanla İmralıda görüşdü və təcridin qaldırılması üçün qətiyyətli mövqe bildirildi.
2024-cü il 8 dekabr: Əsəd devrildi, HTŞ Dəməşqə girdi HTŞ və müttəfiqləri 12 gün içində Hələbi, Hamanı, Humusu və Dəməşqi ələ keçirdi. 53 illik Əsəd sülaləsi sona çatdı.
2024-cü il 13 dekabr: SDQ və HTŞ arasında atəşkəs SDQ lideri Mazlum Abdi, koalisiya vasitəsilə atəşkəs və işbirliyi siqnalı verdi.
2024-cü il 14 dekabr: YPG-nin ortadan qaldırılması strateji hədəfdir Xarici işlər naziri Hakan Fidan “YPG ya özünü buraxacaq, ya da buraxılacaq” açıqlaması verdi.
2024-cü il 15 dekabr: İsrail Suriya ordusuna zərbə endirdi, yeni Dəməşq rəhbərliyi təhlükə olmadığını bildirdi.
2024-cü il 28 dekabr: İmralı ilə ilk rəsmi təmas Pərvin Buldan və Sırrı Süreyya Öndərin də olduğu heyət Öcalanla 3,5 saatlıq görüş keçirdi.
2024-cü il 29 dekabr: Öcalandan yeni çağırış DEM Partiya İmralı görüşməsinin şifrələrini paylaşdı: “Türk-Kürd qardaşlığı tarixi məsuliyyətdir… Yeni paradiqmaya töhfə verməyə hazıram…”
2025-ci il 2 yanvar: DEM Partiyası Baxçalı ilə görüşdü Sırrı Süreyya Öndər “ümidliyik” dedi, Baxçalı “İmralıdan silah buraxma çağırışı gözləyirəm” söylədi.
2025-ci il 8 yanvar: “PKK/YPG Suriyadan çıxmazsa hərbi əməliyyat başlayacaq” Hakan Fidan bütün kadrların bölgəni tərk etməli olduğunu bildirdi.
2025-ci il 22 yanvar: İmralı ilə ikinci görüş Sırrı Süreyya Öndər və Pərvin Buldan Öcalanla 3 saatlıq ikinci görüş keçirdi.
2025-ci il 28 yanvar: “Bu bir pazarlıq deyil” AKP sözçüsü Ömər Çelik, İmralı ziyarətlərinin başa çatdığını, gözlənənin terror təşkilatının tərksilahı ilə bağlı çağırış olduğunu qeyd etdi.
2025-ci il 29 yanvar: SDQ, Suriya ordusuna qatılacaq Mazlum Abdi SDQ-nin rəsmi şəkildə Suriya ordusuna qatılacağını açıqladı.
2025-ci il 10 fevral: Ərdoğandan Qəzza və Tramp mesajları Prezident İsrailin Qəzzadakı fəaliyyətini tənqid etdi, Tramp administrasiyasının siyasətini pislədi.
2025-ci il 11 fevral: “Öcalanın çağırışı Çanaqqala ruhuna uyğun olmalıdır” DEM Partiyası həmsədrləri, prosesin “Türk-Kürd ittifaqının ortaq mübarizəsinə uyğun” aparılmasını istədiklərini bildirdilər.
2025-ci il 13 fevral: PKK rəhbərliyinə Öcalandan məktub gəldi.
2025-ci il 21 fevral: TBMM sədri Numan Kurtulmuş “İmralıdan tezliklə terrorun bitdiyi elan olunsun” çağırışı etdi, prosesin şəffaf və pazarlıqsız getdiyini vurğuladı.
2025-ci il 23 fevral: Ərdoğan: “Yeni dünya qurularkən terrorun kölgəsi bölgədən tamamilə silinəcək”.
2025-ci il 26 fevral: PYD rəhbərliyi “Bütün fəaliyyətlərimizi Öcalan paradiqması ilə etdik” dedi.
2025-ci il 27 fevral: Öcalandan tarixi çağırış DEM Partiya heyəti İmralıda Abdullah Öcalanla üçüncü dəfə görüşdü, Öcalanın “Barış və Demokratik Cəmiyyət Çağırışı” İstanbuldakı oteldə açıqlandı. Öcalan “Bütün qruplar silahı buraxmalı və PKK özünü buraxmalıdır” dedi.
2025-ci il 28 fevral: Prezident Ərdoğan “Dünən etibarilə yeni mərhələyə keçildi” dedi.
2025-ci il 1 mart: PKK silah buraxdı PKK rəhbərliyi Öcalanın çağırışını qəbul etdiklərini və ölkə miqyasında atəşkəs elan etdiklərini bildirdi.
2025-ci il 3 may: DEM Partiyasının İmralı heyətindən Sırrı Süreyya Öndər vəfat etdi.
2025-ci il 8 may: Öcalan PKK-ya yeni məktub göndərdi, “Tezliklə buraxılış qurultayını keçirin” dedi.
2025-ci il 9 may: PKK qurultay keçirdi və təşkilatın özünü buraxdığını, silahı tamamilə tərk etdiyini elan etdi.
2025-ci il 9 iyul: Öcalan 1999-cu ildən ilk dəfə videomesaj yaydı.
2025-ci il 11 iyul: PKK-nın ilk rəsmi silah buraxma mərasimi İraqın şimalında, Süleymaniyyə bölgəsində keçirildi.
Sevinc Kərimova