AZ

Dronlar havaya qalxdı - Dünya təşvişdə

Yazını böyüt
Yazını kiçilt

Çin eyni anda 11 min 787 dronu havaya qaldıraraq yeni dünya rekorduna imza atıb. Bu məsələ siyasi arenada xüsusi maraqla qarşılanıb. Analitiklərin fikrincə, sözügedən şou təkcə tamaşa məqsədi daşımırdı, həm də hərbi, siyasi və texnoloji müstəvidə ciddi mesaj idi.

Çinin bu addımı bir növ asimmetrik müharibə imkanlarının nümayişi kimi dəyərləndirilir. Pekin dron şousu ilə təkcə bir texnologiyanın deyil, yeni nəsil müharibə strategiyasının arxitekturasını təqdim edir. Bu strategiya artıq fantastik ssenari yox, real təhlükə kimi görünür.

Hafta.az xəbər verir ki, siyasi şərhçi Turab Rzayev açıqlamasında deyib ki, belə addımlar heç şübhəsiz Çinin öz real gücünü dünyaya nümayiş etdirməsi məqsədi daşıyır:

Turab

“Bu, həqiqətən texnoloji və hərbi üstünlükdür, məhz indiki məqamda bu formada təqdim edilməsi isə Pekinin rəqiblərinə konkret mesajdır. Əslində, Çinin etdiyini onun rəqibləri uzun müddətdir həyata keçirir. Məhz buna görə də, hazırda dünyada müharibələrin forması dəyişib. Yəni, ölkələr bir-birinin gücündən çəkinərək birbaşa qarşıdurmadan yayınır, proksi qüvvələri dəstəkləyərək onların üzərindən müharibə aparırlar. Çin bundan əvvəl hava şarlarına bənzər bir texnologiyanı sınaqdan keçirmişdi. Həmin hadisə də fərqli başa düşülmüş, hətta ABŞ bu şarları vurmağa ehtiyat etmişdi. Çin rəsmiləri son zamanlar Vaşinqtonu qıcıqlandıracaq konkret bəyanatlar verirlər. Onlardan çıxan nəticə budur: “Pekin açıq şəkildə deyir ki, biz ABŞ-dan fərqli olaraq Rusiya-Ukrayna müharibəsinə müdaxilə etmirik. Ağ Ev Kiyevi dəstəkləsə də, müharibənin gedişatında ciddi fərq yaranmayıb. Amma Pekin Moskvanı dəstəkləsəydi, vəziyyət fərqli olardı”. Çin bu gün təkcə PUA və dron sahəsində deyil, süni intellekt sahəsində də irəlidədir. Üstəlik, bu texnoloji yenilikləri hərbi sahəyə uğurla inteqrasiya etdirə bilir. Amma bir həqiqət də var ki, Pekin hərbi gücünü nümayiş etdirsə də, onu real bir müharibədə hələ qabarıq şəkildə ortaya qoymayıb”. /globalinfo/

Seçilən
18
hafta.az

1Mənbələr