AZ

Sidik qoxusunun dəyişməsi ciddi xəstəliklərin əlaməti ola bilər

Nefroloq Danila Pyrikov bəzi xəstəliklərin sidik qoxusundakı dəyişikliklərlə müəyyən edilə biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, o, bu barədə "YouTube" kanalında danışıb.

Həkimin sözlərinə görə, sidikdən ammiak qoxusunun gəlməsi susuzlaşdırma və ya sidik-cinsiyyət sistemində infeksiya ilə əlaqədar ola bilər. Əgər infeksiya varsa, bu zaman əlavə olaraq sidik ifrazı zamanı yanma və ağrı da müşahidə olunur.

Pyrikov əlavə edib ki, çürümüş alma qoxusunu xatırladan sidik qoxusu, adətən, şəkərli diabetin zəif nəzarət olunan forması ilə əlaqələndirilir. Bu, orqanizmdə keton cisimlərinin artması ilə baş verir.

Həkim bildirib ki, nadir hallarda sidikdən çürük qoxusu da gələ bilər ki, bu da əksər hallarda böyrək iltihabı — pielonefritin əlaməti ola bilər.

Sidik qoxusunun bəzi qidaları qəbul etdikdən sonra dəyişməsi isə normal haldır və narahatlıq doğurmur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr