Bakı.Trend:
Bu ilin 6 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlaynqaydada 337,321 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrüilə müqayisədə 2 dəfəyədək çoxdur.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb
Ötən ilin 6 ayında qabaqcadan satış üzrə biletlərin xüsusiçəkisi 17% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32.1%-ə çatıb.Bu da onun bariz göstəricisidir ki, sərnişinlərin avtovağzalxidmətlərinə inamı artmaqdadır.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələlişəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı vəavtovağzalları əhatə edəcək.
Vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başınaçatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalıvasitəsilə əldə etmələri tövsiyə olunur.