AZ

"Real" "Benfika"nın futbolçusunu transfer edir: MY mane olmasa...

"Benfika"nın müdafiəçisi Alvaro Karreras "Real"a keçməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər 22 yaşlı ispaniyalının Madrid klubuna 50 milyon avro qarşılığında keçidi ilə bağlı razılığa gəliblər. Transferin ödənişi bir neçə mərhələdə həyata keçiriləcək.

Əgər futbolçunun hüquqlarının bir hissəsinə sahib olan "Mançester Yunayted" müdafiəçini geri qaytarmasa, Karreras "Real"la müqavilə imzalayacaq.

Seçilən
18
publika.az

1Mənbələr