AZ

Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.

Bakues.az xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq “Tsukuba” (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.

Milli ardınca İsveçrə təmsilçisi “Lozanna”ya şans verməyib – 21:11.

Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.

Seçilən
19
11
icma.az

8Mənbələr