Fransa Prezidenti Emmanuel Makron yenidən həyat yoldaşı tərəfindən ictimai yerdə görməzlikdən gəlinməsi ilə gündəmə gəlib. Ölkə.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan yeni görüntülərdə, Makronun Böyük Britaniyaya səfəri zamanı həyat yoldaşı Brijit Makronun ona uzatdığı əli görməzlikdən gəldiyi əks olunub.
Kadrlar Britaniya kral ailəsi ilə birgə gəzinti zamanı lentə alınıb. Fransa prezidenti və xanımı, Britaniya Kralı III Çarlz, Kraliça Kamilla, eləcə də Uels Şahzadəsi və onun həyat yoldaşı ilə birlikdə ictimai tədbirdə iştirak edərkən, Emmanuel Makron həyat yoldaşına əlini uzadır. Lakin Brijit Makron bu jesti cavabsız qoyur və sanki heç nə olmamış kimi yoluna davam edir. Bütün bunlar kameralar qarşısında baş verir.
Bundan öncə də oxşar hadisənin baş verdiyini və hətta Brijitin ərinin üzündən şillə vurmasını nəzərə alsaq, görünür, Makron hələ çox pərt olacaq.