AZ

Gürcüstanda azərbaycanlılara məxsus binada uçqun olub

Dünən gecə Marneuli şəhərinin Rustaveli 81 ünvanında yerləşən yaşayış binasının eyvanı uçub.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, bu, yerli sakinlər arasında ciddi narahatlıq yaradıb.

Sakinlərin bildirdiyinə görə, binanın birinci mərtəbəsindəki eyvanın uçması təsadüfi deyil. Bina uzun müddətdir ki, ciddi istismar problemi ilə üz-üzədir. Onların sözlərinə görə, hadisə gündüz baş versəydi, faciə qaçınılmaz olardı.

Hazırda binada digər eyvanların da qəzalı vəziyyətdə olduğu bildirilir və sakinlər üçün real təhlükə yaratdığı vurğulanır. Onlar məsələ ilə bağlı dəfələrlə Marneuli Bələdiyyəsinə müraciət etsələr də, hələlik heç bir tədbir görülmədiyini deyirlər.

Daha ətraflı video süjeti təqdim edirik:



Xəbər 2 dəfə oxunub.
Seçilən
28
xezernews.az

1Mənbələr