AZ

Rusiyada həbs edilən azərbaycanlı “qanuni oğru”lar haqda sensasiya - ikisi də ölümcül...

Zaur Naxçıvanski və Vaqif Bakinski haqda elə iddia yayıldı ki...

Orenburqda və Moskvada azərbaycanlı “qanuni oğru”lar -Zaur Naxçıvanski kimi tanınan Zaur Şipilovun və Vaqif Süleymanovun (Vaqif Bakinski) həbs edilməsi barədə xəbər vermişdik. Yada salaq ki, Zaur Naxçıvanski barədə həbs-qətimkan tədbiri seçib. O, sentyabr ayınadək istintaq təcridxanasında qalacaq. Azərbaycanlı “qanuni oğru” cinayətkar birlik təşkil etməkdə ittiham olunur. Zaur məşhur kriminal avtoritet Hikmət Muxtarovla (Sabirabadlı) birgə qətlə yetirilən Bayram Talıbovun oğludur.

Daha bir azərbaycanlı “qanuni oğru” Vaqif Bakinski isə Moskvada Rusiya miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. O isə üç ay Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin əcnəbi vətəndaşlar üçün müvəqqəti saxlanma təcridxanasında qalacaq.

0fdfdae819d5a04f607362162c9eba33.jpg

Musavat.com xəbər verir ki, Rusiyadakı kriminal hadisələrdən yazan primecrime.ru saytının baş redaktoru Lilya Xarina bu həbslər, ümumiyyətlə azərbaycanlıların kriminal aləmdə rolu haqda lenta.ru-ya müsahibə verib və sensasion iddia səsləndirib.

Lilya Xarina deyib ki, indi Rusiyada cəmi 12 azərbaycanlı “oğru” var, onlardan ikisi Rəşad İsmayılıov (Rəşad Gəncinski- 21 il müddətinə azadlıqdan məhrum edib) və Hacı (Hacıbaba Talıbxanlı, 18 il həbs cəzası alıb) Rusiyada uzun müddət cəza çəkirlər. “Ümumiyyətlə, azərbaycanlı “qanuni oğrular” hazırda yalnız Rusiyada cəza çəkirlər. Biri azadlıqdadır, qalanları xaricdə, bəziləri axtarışdadır. Onların arasında özünü ən yaxşı hiss edən hazırda İstanbulda olan Qulinin(Nadir Səlifov) qardaşı Namikdir” deyə, o bildirib.

eec0b694c1b44e9e6d6c7fdced9270d0.jpg

Baş redaktor hesab edir ki, azərbaycanlı “qanuni oğru” ların həbsi Rusiya və Azərbaycan arasında gərginliklə izah etmək mümkündür. “Hər dəfə Rusiya-Gürcüstan münasibətləri pisləşəndə ​​Moskvadakı gürcü “qanuni oğru”lar bundan əziyyət çəkirdilər. Eyni şey indi azərbaycanlılarla da baş verir. Bu həbslər “mübadilə” üçün deyil. Onlar Azərbaycana pulsuz da lazım deyil. Bu “qanuni oğru”ların həbsləri son hadisələr kontekstindən kənarda da baş verə bilərdi. Daxili İşlər Nazirliyi 210.1-ci maddəsi ilə oğruların həbsini dayandırmayıb. Təkcə ilin əvvəlindən indiyədək 5 nəfər bu maddə ilə məhkum olunub. “Qanuni oğru”ların açıq-aşkar həbsi konkret təhlükəsizlik qüvvələrinin effektivliyinin göstəricisidir. Dediyim kimi, bütün “oğru”lar nəzarət altındadır, lazım gələrsə, onları tez bir zamanda saxlayarlar. Səbəb isə həmişə var. Məsələn, Zaur nəzarət rejimini pozub, Vaqifin yaşayış icazəsinin müddəti bitib. Hər ikisinin üzərində 210.1(cinayət birlik yaratmaq) hazır maddə var. Yeganə sual budur ki, onları nə vaxt işə salırlar”.

Maraqlıdır ki, baş redaktor deyib ki, hər iki azərbaycanlı “qanuni oğru” ölümcül xəstəliklə(xərçəng)mübarizə aparırlar. Onun dediyinə görə bu yaxınlarda həkimlər Vaqif Bakinskinin xəstəliyin inkişafının qarşısını ala biliblər.

haci55555.jpg

“Vaqif Süleymanovu Rusiyadakı azərbaycanlılar arasında “bir nömrə” edən nədir” sualına Lilya Xarina belə cavab verib: “Arif Sumaqitskidən sonra ən yaşlı Vaqifdir. Təcrübə baxımından o, Arifdən geri qalır. Amma Ariflə müqayisədə o, bir az ruslaşıb. 80-ci illərdən Moskvada yaşayıb, “birinci şəxslərə” yaxın olub. Ümumiyyətlə, belə hesab edirlər ki, bazarlara nəzarət edən azərbaycanlılar da narkotik alverinə nəzarət edirlər, amma mən Vaqifin bu işdə iştirakını eşitməmişəm. Vaqif ümumiyyətlə, böyük pul olan yerə “burnunu soxmur” və bu səbəbdən onu öldürməyə cəhdləri olsa da, sağ qalıb. Vaqif “oğru qanunları” ilə yaşayıb- heç vaxt öz ailəsi, arvadı, övladı, hətta qeyri-qanuni yaşadığı qadın da olmayıb. Bakıdakı qohumlarından ancaq qardaşı və qoca anası var ki, ona hələ xəbər verilməyib”.

“Azərbaycan bu həbslərə güzgü reaksiyası verə bilərmi” sualına gəlincə, baş redaktor deyib ki, Rusiyadan fərqli olaraq, nə Azərbaycanda, nə də heç bir keçmiş sovet respublikasında rus oğruları və ya avtoritetləri yoxdur.

Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr