AZ

Ünvan seçimində problem: Karqo müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı - AÇIQLAMA

Türkiyənin tanınmış onlayn sifariş platforması olan “Trendyol”dan sifariş zamanı “Gəl Al” nöqtəsinin seçilməsində problemlər yaranıb.

 

Pravda.az “PostMedia”ya istinadən xəbər verir ki, bu barədə daşıyıcı şirkətlərin (karqo) bəzilərinin müştərilərinə göndərdiyi məktubda bildirilib.

 

Azərbaycanda fəaliyyət göstərən “Find Express” MMC (Findex) müştərilərinə məktub göndərərək belə hallar olduqda “Trendyol”a etiraz etməyi təklif edib.

 

“Trendyol”dan sifariş edən müştərilərin nəzərinə:

 

“Trendyol”dan birbaşa Azərbaycana edilən sifarişlərdə “Findex” məntəqələrindən bir neçəsi “Gəl Al” nöqtəsi olaraq görünmür. Əgər sifariş zamanı istədiyiniz “Findex” məntəqəsini tapa bilmirsinizsə, alternativ bir “Findex” məntəqəsini seçərək sifarişi tamamlamağınız xahiş olunur. Sonradan bizə müraciət edərək məntəqəni dəyişə bilərsiniz.

 

Bu problemin tez bir zamanda həll olması üçün “Trendyol Asistan”a yazaraq məsələyə etiraz etməyinizi xahiş edirik. Aşağıdakı mesajı göndərməyiniz yetərlidir:

 

“Gəl Al” nöqtəsi seçimində “Findex” məntəqəsi görünmür, bu səbəbdən sifariş etmək istəmirəm”.

 

Belə şikayətlər çox olduqda məsələ daha sürətli həllini tapır”.

 

Məsələ ilə bağlı “PostMedia”nın sorğusuna cavab olaraq “Trendyol Azərbaycan” şirkətindən bildirilib ki, “Gəl Al” nöqtəsinin görünməməsi karqo şirkətinin həmin ərazidəki mövcud vəziyyəti ilə bağlı ola bilər:

 

“Sifariş prosesində “Gəl Al” nöqtəsi “Trendyol” istifadəçilərinin yerləşdiyi əraziyə və karqo şəbəkəsinin mövcud vəziyyətinə uyğun olaraq görünür. Əgər “Gəl Al” məntəqəsi görünmürsə, bu, həmin bölgəyə dair planlama dəyişiklikləri ilə bağlı ola bilər.

 

Trendyol”, sifarişlərinin vaxtında çatdırılması üçün öz istifadəçilərinə xəritədə göstərilən və ünvanına uyğun olan mövcud çatdırılma məntəqələrindən birini seçməyi tövsiyə edir”.

Tarix: 11 İyul 2025, 15:30   
Seçilən
3
2
pravda.az

3Mənbələr