AZ

Adama Fofana “Kəpəz”də - Rəsmi

Türkiyənin “Adanaspor” klubundan ayrılmış sol cinah müdafiəçisi Adama Fofana bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Burkina Fasodan olan futbolçu azad agent kimi Gəncə klubuna keçib. 25 yaşlı cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, qarşıdakı iki mövsümdə “Kəpəz”də çıxış edəcək.

Son olaraq Türkiyədə “Adanaspor”un formasını geyinmiş Adama Fofana Fransada “Dijon”un, İsveçdə “Verberq”in də uğurları üçün çalışıb. Türkiyə klubunda cəmi bir mövsüm keirmiş futbolçu bu komandanın heyətində 19 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Əslən Kot-d’İvuardan olan Fofana sonradan Burkina Faso yığmasında oynamağı üstün tutub. Amma o, bu ölkənin millisində də cəmi 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xatırladaq ki, “Kəpəz” daha öncə Şakir Seyidov və Pedro Qomesi də heyətinə qatmışdı. Mahamadu Ba və Paçu Lira ilə də yeni müqavilə imzalanıb. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynli isə Gəncə klubunu tərk ediblər.

Seçilən
9
arena.az

1Mənbələr