3×3 basketbolu üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Dünya Seriyasının növbəti mərhələsinə qatılıb.

Offsideplus.az xəbər verir ki, yığmamız mübarizəyə təsnifat mərhələsindən başlayıb.

İlk oyunda basketbolçularımız Yaponiyanın "Tsukuba" komandasını məğlub ediblər - 21:10.

Milli komandamız ikinci matçda "Lozanna" (İsveçrə) üzərində 21:11 hesablı qələbə qazanıb.

Beləliklə, təmsilçilərimiz təsnfat mərhələsini adlayaraq, C qrupuna vəsiqə əldə ediblər.

C qrupu çərçivəsində yığmamız sabah Sinqapur və Ukrayna kollektivləri ilə görüşəcək.