Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov voleybol üzrə kişi komandalar; arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, avqustun 13-də Türkiyə və Danimarka yığmaları arasında Malatyada keçiriləcək matçda hakimlik edəcək.
Qarşılaşmanın digər hakimi isə yunanıstanlı Vasileos Vasiliadis olacaq.
Qeyd edək ki, seçmə mərhələnin ilk dövrəsindən sonra danimarkalılar öz qruplarında turnir cədvəlinə başçılıq edirlər, Türkiyə komandası isə sonuncu pillədə qərarlaşıb.
Millimiz EEVZA çempionatında beşinci olub
Voleybol millimiz 1/4 finalda
Voleybolçularımız EEVZA çempionatının pley-offunda
ABŞ-li voleybolçu “Gəncə”də
Azərbaycanlı hakim DÜNYA ÇEMPİONATINDA