AZ

Yusif İmanov üsyan edərək "Sabah"dan ayrıldı: Klubun daxilində nələr baş verir?

"Sabah"da növbəti ayrılıq reallaşıb.

Publika.az xəbər verir ki, qapıçı Yusif İmanov paytaxt klubundan ayrılıb. 22 yaşlı futbolçu bu barədə "Facebook" hesabında paylaşım edib.

Azərbaycan millisinin üzvü yetirməsi olduğu "Sabah"la müqaviləni birtərəfli qaydada pozub. O, komandada xoş münasibət görmədiyini və ayrı-seçkililə üzləşdiyini bildirib:

"16 yaşımda bu klubun bir parçası olmağa başladım və o gündən bu günə qədər "Sabah" Futbol Klubunun formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin bir üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli bir mərhələ oldu.

Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması mənim karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi.

Bu qərarı almaq asan olmasa da, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim.

Seçilən
8
publika.az

1Mənbələr