Rusiya Almaniya kansleri Fridrix Mersin səsləndirdiyi mühüm şərti yerinə yetirənə qədər xaricdəki aktivlərinə çıxışsız qala bilər. Söhbət Ukraynaya külli miqdarda kompensasiyadan gedir.
Bu barədə Almaniya kansleri Fridrix MerziRomada keçirilən konfransda çıxışı zamanı deyib.
Merzin sözlərinə görə, Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində Ukraynaya dəyən maddi ziyan təxminən 500 milyard avro qiymətləndirilir. Bu, Moskvanın təzminat kimi ödəməli olduğu məbləğdir.
"Biz maddi ziyanı 500 milyard avro civarında qiymətləndiririk. Rusiya bu zərəri ödəməlidir. Bu baş verənə qədər Rusiyanın dondurulmuş Rusiya aktivlərinə çıxışı olmayacaq və olmamalıdır", - Merz vurğulayıb.
Hazırda Avropada və digər Qərb ölkələrində Rusiya Mərkəzi Bankının 300 milyard avrodan artıq aktivləri dondurulub. Əsas məsələ onlardan Ukraynanı bərpa etmək üçün istifadə mexanizmidir.
Avropa liderləri dəfələrlə bu aktivlərin idarə olunmasından əldə edilən faizlərin və ya gəlirlərin Ukraynanı dəstəkləməyə yönəldilməsi imkanlarını müzakirə ediblər, lakin tam müsadirə hələ də hüquqi mübahisələrə səbəb olur.
Eyni zamanda, Merzin fikrincə, Almaniyanın mövqeyi aydındır: Rusiya Ukraynaya qarşı təcavüz nəticəsində dəymiş dağıntılara və zərərə görə məsuliyyət daşımalı və təzminat ödəmədən Kremlin aktivlərinə çıxışı bağlı qalmalıdır.
Təzminat məsələsinin G7 ölkələri və Avropa İttifaqı arasında gələcək müzakirələrdə əsas mövzulardan birinə çevriləcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Almaniya hökumətinin Ukraynanın maraqları naminə “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınmasına dair ABŞ-la müqavilə bağlamağı planlaşdırdığı barədə məlumat verilmişdi.
Onun sözlərinə görə, Berlin ABŞ-ın Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcək iki “Patriot” zenit-raket kompleksinin Almaniyaya verilməsi ilə bağlı öhdəlik götürməsini gözləyir.
Problem ondadır ki, Ukrayna artıq ABŞ-dan hava hücumundan müdafiə sistemləri almağa çalışsa da, buna nail ola bilməyib. Bundan sonra Kiyev yardım üçün Almaniyaya müraciət edib.
Əziz Mustafa