ain.az, Sfera.az saytına istinadən bildirir.
ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Rusiya ilə bağlı iyulun 14-də verəcəyini elan etdiyi bəyanatın məzmununu açıqlamaqdan imtina edib.
Sfera.az bu barədə “Gazeta.ru” nəşrinə istinadən xəbər verir.
Rubio bildirib ki, “ASEAN” sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü barədə qərargah rəisinə məlumat verib.
Dövlət katibinə Trampın rusiyalı nazir ilə keçmiş danışıqları fonunda iyulun 14-də planlaşdırılan bəyanatının detalları ilə bağlı suallar ünvanlansa da, Rubio cavab verməkdən boyun qaçırıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl iyulun 14-də Rusiya ilə bağlı mühüm açıqlama verəcəyini bildirmiş, lakin bəyanatın məzmununa aydınlıq gətirməmişdi.
Tramp müsahibəsində Rusiyadan məyus olduğunu vurğulayıb və yaxın həftələrdə baş verəcəkləri izləməyi tövsiyə edib.
Fidan Hacızadə
Sfera.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.