AZ

Bu gün Rasim Ocaqovun anım günüdür.

Bu gün Azərbaycan kinematoqrafiyasının görkəmli nümayəndəsi, məşhur rejissor, Xalq artisti Rasim Ocaqovun anım günüdür.

Kulis.az bu münasibətlə rejissorunhəyat və yaradıcılığının əsas məqamlarını əks etdirən yazını təqdim edir.

1933-cü ildə Şəkidə doğulan Rasim Ocaqov Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq təhsili alıb.

1956-cı ildən “Azərbaycanfilm”də operator kimi fəaliyyətə başlayan Rasim Ocaqov “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi”, “Əsl dost” və digər filmlərdə operator sənətinin incilərini yaradıb.

1970-ci illərdən isə rejissorluğa keçərək “Gəncəbasarlı qisasçı”, “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür” kimi filmlərlə Azərbaycan kinosuna yeni nəfəs gətirib.Onun ekran əsərləri həm sovet, həm müstəqillik dövrünü əhatə edir, milli-mənəvi dəyərləri və cəmiyyətin problemlərini dərindən işıqlandırır.

Rasim Ocaqovun yaradıcılığı milli kino tariximizin zəngin və çoxşaxəli irsi sayılır. O, operator və rejissor kimi peşəkarlığı, novator yanaşması və insan psixologiyasına həssas baxışı ilə Azərbaycan kino sənətində iz qoyub. Onun filmləri təkcə ölkədə deyil, beynəlxalq festivallarda da yüksək qiymətləndirilib,müxtəlif mükafatlara layiq görülüb.

Xalq artisti Rasim Ocaqov 2006-cı il iyulun 11-də vəfat edib.

Onun sənət irsi Azərbaycan kinosunda daim yaşamağa davam edir və gələcək nəsillər üçün əvəzsiz örnəkdir.

Seçilən
8
kulis.az

1Mənbələr