Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir, sakinlərin müraciət və təklifləri dinlənilir.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 11-də Lerik şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Adil Kərimli və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.
Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.