AZ

Daşnak fəal HƏBS OLUNDU

Yazını böyüt
Yazını kiçilt

Ermənistanda Daşnaksütyun Partiyasının gənclər qanadının üzvü Andranik Çamiçyan iki ay müddətinə həbs edilib.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Çamiçyanın vəkili Ruben Melikyan yayıb.

Həbs qətimkan tədbiri Açapnyak inzibati rayonunun birinci instansiya məhkəməsi tərəfindən seçilib. Çamiçyan terror aktına hazırlıq ittihamı ilə təqsirləndirilir. Müdafiə tərəfi bildirir ki, ittihamın əsasında onun streykbol (təlim xarakterli hərbi-idman oyunu) həvəskarı olması dayanır.

Vəkilin sözlərinə görə, əldə edilmiş bütün əşyalar streykbol avadanlıqlarıdır və xüsusi mağazadan alınıb. Çamiçyan bu ləvazimatları nənəsinin evinə aparıb və bir neçə gün sonra götürəcəyini deyib. Gecikdiyindən nənəsi əşyaları küçəyə çıxarıb, bundan sonra yoldan keçən bir şəxs polisi çağırıb.

Seçilən
7
hafta.az

1Mənbələr