AZ

Sərnişini avtobusun arxa qapısından mindirməyə görə sürücü cərimələnə bilər? – RƏSMİ AÇIQLAMA - FOTO

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, növbəti tədbirlər zamanı Neftçala rayonu Şirvanlı kəndində məişət tullantılarının təyin olunmuş yerlərdən kənara dəniz sahilinə atılması, Astara rayonunun Şahağacı kəndində yerləşən bir istirahət mərkəzində dənizə çirkab sularının axıdılması, Qamışoba kəndində yerləşən istirahət mərkəzində məişət tullantılarının yandırılması, paytaxtın Pirallahı rayonunda yerləşən mağazaların birində isə məişət tullantılarının təyin olunmuş yerdən kənara atılması müəyyən olunub.

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin obyektlərin məsul şəxsləri və daha 2 nəfər barəsində inzibati protokollar tərtib edilib.
Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Seçilən
14
avtosfer.az

1Mənbələr