AZ

Kreml Trampın Rusiya ilə bağlı bəyanatını gözləyir – Peskov 

Kreml ABŞ prezidenti Donald Trampın iyulun 14-də Rusiya ilə bağlı elan etdiyi “vacib bəyanatı” gözləyir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz bəyanatın özünü gözləyirik. Amerika dövlət başçısının şərhlərindəki bütün nüansları diqqətlə qeyd edirik”, – Peskov vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti NBC telekanalına müsahibəsində “Rusiya ilə bağlı mühüm bəyanat” planlaşdırdığını açıqlayıb. Ağ Evin sahibi heç bir təfərrüat verməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
6
1
konkret.az

2Mənbələr