AZ

Mikayıl Cabbarov: “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sənədin məqsədi Azərbaycanda innovasiyaların sürətlə yaradılması və mənimsənilməsi, eləcə də yeni nəsil texnoloji həllərin tətbiqi vasitəsilə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. Hazırda qanun layihəsi hökumətdə baxılma mərhələsindədir.

Seçilən
45
report.az

1Mənbələr