Günəşin zərərli təsirlərindən sonra dərini bərpa etmək üçün aşağıdakı üsullar faydalı hesab olunur.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
1. Aloe vera, panthenol və ya hialuron turşusu ilə nəmləndirin:
Günəş dəridə nəm itkisinə səbəb olur. Duşdan sonra bu tərkibli nəmləndiricilər dərinin su tutma qabiliyyətini artırır və bərpaya kömək edir.
2. Sərin su ilə duş alın:
Yanma və istilik hissi varsa, soyuq (amma buz kimi olmayan) su ilə duş almaq dərini sakitləşdirir və qızartını azaldır.
3. Bol su için:
Dəriyə xaricdən nəmləndirməklə yanaşı, daxildən də dəstək vermək vacibdir. Günəşdən sonra çoxlu su içmək dərinin qurumasının qarşısını alır.
4. Təbii maskalardan istifadə edin:
– Yoğurt + bal maskası (15 dəq. saxlayıb yuyun)
– Xiyar suyu və ya çobanyastığı dəmləməsi ilə kompres edin.
5. Günəşdən uzaq durun və qoruyucu geyimlər geyinin:
Günəşdən sonra 1-2 gün dərini bir daha günəşə məruz qoymamaq məsləhətdir. Çölə çıxarkən papaq, nazik pambıq geyim və yüksək SPF-lik krem istifadə edin.
Xeyrənsə Piriyeva