AZ

Ukraynanın hücumu zamanı rusiyalı polkovnik öldürülüb

İyulun 10-da 155-ci xüsusi qvardiyanın Kursk dəniz piyada briqadasının polkovniki Serqey İlin dəfn edilib. O, Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığında endirdiyi zərbə nəticəsində həlak olub. Həmin gün eyni vaxtda Rusiya Hərbi Dəniz Donanmasının baş komandanının müavini Mixail Qudkov da həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Çuvaş Respublikasının Urmarski rayonu administrasiyasının "Telegram" kanalı məlumat yayıb.

“Bu, rayonumuz, Çuvaşiya və bütün ölkə üçün faciəvi itkidir”, - nekroloqda vurğulanır.

Adəm

Seçilən
19
publika.az

1Mənbələr