İsrail əsgərləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində bir qrup silahlı radikalı məhv edib və təxminən 1 km uzunluğunda tuneli dağıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağının Xan Yunis ərazisində 188-ci Zirehli Briqada fəaliyyət göstərir. Qoşunlar İsrail Hərbi Hava Qüvvələri ilə birgə hərəkət edərək onlara yaxınlaşan və təhlükə yaradan silahlı terrorçu qruplaşmanı məhv edib. Bundan əlavə, əsgərlər Xan Yunisdə təxminən 1 km uzunluğunda tunel aşkarlayaraq məhv ediblər. İsrail ordusu İsrail dövlətinin mülki əhalisini qorumaq məqsədilə Qəzza zolağında terror təşkilatlarına qarşı hərbi əməliyyatları davam etdirir”, – məlumatda deyilir.
Müşviq Tofiqoğlu
KONKRET.az