Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ölkə çempionatı sentyabrın 11-də start götürəcək.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

10 komandanın iştirak edəcəyi çempionat 3 dövrədən ibarət olacaq.

Qeyd edək ki, çempion bitirən komanda birbaşa olaraq Misli Premyer Liqasına vəsiqə qazanacaq. 2-ci yeri tutan komanda isə MPL-in 11-cisi ilə oynayacaq.