AZ

Müharibəyə hazırlıq: Yeni F 35 lər yoldadır

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Almaniyanın 15 ədəd daha F-35 döyüş təyyarəsi almağı planlaşdırdığı bildirilir. 

"Cebheinfo.az" xəbər verir ki, bu addımla Berlinin sifariş etdiyi ABŞ istehsalı qırıcıların sayı 50-yə çatacaq. Xəbərin zamanlaması diqqət çəkir, çünki Almaniya ilə Fransa arasında ortaq şəkildə həyata keçirilən yeni nəsil döyüş təyyarəsi layihəsi – FCAS (Future Combat Air System) mövzusunda gərginlik yaşanır. 

Fransanın layihə çərçivəsində iş bölüşdürməsində 80%-lik pay tələb etdiyi və bunun mövcud razılaşmanı pozaraq layihənin növbəti mərhələyə keçməsini dayandıra biləcəyi iddia olunur. 

Yeni sifarişin NATO ölkələrinin gələcək onillikdə ümumi müdafiə xərclərini ümumi daxili məhsulun 5%-nə çatdırmaqla bağlı razılaşması ilə də üst-üstə düşdüyü qeyd edilir. Almaniya Müdafiə Nazirliyindən bir mənbə “Parlamentdən keçməmiş mümkün alış planları barədə adətən fikir bildirmirik”,- deyib. 

Xatırladaq ki, Almaniya köhnəlmiş 85 ədəd “Tornado” təyyarəsini sıradan çıxarmaq məqsədilə indiyədək 35 F-35 sifariş etmişdi. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr