AZ

Adil Şükürov: "Bu məsələ bizi də çox narahat edir"

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Apasport.az saytına müsahibə verib.

- “Kəpəz”in hazırlığı tam olaraq istədiyiniz səviyyədə, şəraitdə gedir? Çünki heyət hələ tam komplektləşməyib...

- Hazırlığa iyul ayının 1-dən start vermişik və paralel olaraq seleksiya işlərini davam etdiririk. Hazırda məşqlərdə komanda ilə  müqaviləsi olan futbolçular, akademiyada olan milli komandalara namizəd futbolçular və istəyib müqavilə bağladığımız əcnəbi  futbolçular var. Heyəti formalaşdırmaq və seleksiyanı tamamlamaq üçün bütün gücümüzlə çalışırıq.

- Adama Fofana, Pedro Qomeş, Şakir Seyidovun transferi açıqlanıb hələ ki. Yəqin ki, bu transferlərin davamı gələcək? Yeni, güclü və iddialı heyət qurmaq üçün minimum neçə transferə ehtiyacınız var?

- Bəli adlarını qeyd etdiyiniz futbolçularla yanaşı, yeni futbolçular da var ki, danışıqlarımız sonlanmaq üzrədir. Ümid edirəm ki, yaxın günlərdə işlərimizi yekunlaşdıracağıq. Yeni transferlərimiz də olacaq. Sadəcə yekunlaşma mərhələsindəyik.

- Tez-tez deyirlər ki, Azərbaycana futbolçu gətirmək asan məsələ deyil. Maraqlıdır, bəs siz “Kəpəz” olaraq futbolçu transferində hansı çətinlikləri çəkirsiz bu yöndə?

- Bəli, bəzən əcnəbi futbolçular müqavilə bağlamamışdan öncə komandanı, yaşayacağı şəhəri araşdırır və bir çox başqa məsələlər barəsində suallar verirlər. Daha sonra isə qərar verirlər. Bu baxımdan legionerləri razı salmaq tək maliyyə məsələsi ilə bağlı olmur.

- Komandadan ayrılanlar daha çox oldu. Amma göndərilənlər arasında komandanın aparıcı üzvü olmuş oyunçular da var idi. Rati Ardizişvili, Dioqo Verdaşka, Yeqor Xvalko, Rojerio Santos kimi aparıcı oyunçular sizin planlarınıza daxil deyildi?

- Bu məsələdə komandaya yeni nəfəs gətirə biləcək futbolçular istədik və bu yöndə də işlərimiz davam edir. 

- “Kəpəz”in yeni mövsüm üçün əsas hədəfi nədən ibarət olacaq? Avrokuboklar, yoxsa Premyer Liqada qalmaq?

- Təbii ki, komandanın qarşısına məqsəd qoyulur və bu məqsədə çatmaq üçün də addımlar atılır. Komandaya cəlb olunacaq bütün futbolçuların hamısına da, bu barədə məlumat verilib. “Kəpəz” əvvəlki illərdən fərqli olaraq bu il daha yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu ilki hədəfimiz Premyer Liqada güclənmək və yeni sezon üçün komanda formalaşdıraraq daha iddialı olmaqdır. 

- Yeni stadionun ot örtüyünün 2025/2026 mövsümünün startına hazır olmayacağı ehtimal edilir. Maraqlıdır, artıq ev oyununu harada keçirəcəyinizlə bağlı qərar vermisiz?

- Bu məsələ bizi də çox narahat edir. Hələ ki rəhbərlik bu yöndə danışıqlar aparır.

“Araz-Naxçıvan” “Alanyaspor”a qarşı - YENİLƏNİR

"Sabah"ın baş məşqçisi: "Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var"

Albert Riera: "Hakimə bunu bildirmək mənim işim deyil"

"Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib

"Qarabağ"dan Əlcəzair klubuna

Seçilən
13
2
apasport.az

3Mənbələr