AZ

Pənah Hüseynov Tofiq Qasımovun göndərdiyi müraciəti niyə geri çevirib?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məlum olduğu kimi, Bakı Kitab Mərkəzində "Dirilik" jurnalının tranliterasiyası və yazıçı-publisist, ssenarist Müsəllim Həsənovun "Neftimizin Avropaya uzun yolu" kitabı təqdim olunub.

Müsəllim Həsənov təqdimatdakı çıxışında çox maraqlı məqamlara toxunub. O bildirib ki, hələ 1993-cü ildə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov xarici neft şirkətləri nümayəndələri ilə Azərbaycana sərmayə qoyulması ilə bağlı söhbətlər aparıb, onları maraqlandırıb: "Həsən Həsənov bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinə teleqram vurur və xarici şirkətlərin Azərbaycan neft sənayesinə maraq göstərdiyini yazır. Xarici işlər naziri Tofiq Qasımov subardinasiya qaydasında bu məktubu ölkənin baş nazirinə göndərir. Baş nazir isə həmin məktuba belə bir dərkənar qoyur: "Tofiq bəy, BMT-dəki nümayəndəlik iqtisadiyyatla deyil, siyasətlə məşğul olmalıdır. Xahiş edirəm, bunu onlara çatdırın".

Tofiq Qasımov

Müsəllim Həsənov üzünü tədbirdə iştirak edən Həsən Həsənova tutub soruşdu: "Həsən müəllim, bunu Sizə çatdırdılar?" O isə: "Yox, çatdırmadılar" deyə cavab verdi.

Həmin baş nazir Pənah Hüseynov olub. Xarici işlər naziri Tofiq Qasımov Pənah Hüseynovun bu göstərişini yerinə yetirməyib. Çünki, Müsəllim Həsənovun sözləri ilə desək, Tofiq Qasımov o zamankı baş nazirdən fərqli olaraq başa düşürdü ki, neft əslində siyasi məsələdir.

Qeyd edək ki, Müsəllim Həsənovun "Neftimizin Avropaya uzun yolu" adlı kitabı belə maraqlı faktlarla zəngindir.

S.Əhmədli, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
bizimyol.info

1Mənbələr