AZ

Tərk-silah olanlar arasında PKK-nın yüksəksəviyyəli lideri də var - FOTOLAR

Türkiyədə “Terrorsuz Türkiyə” siyasi təşəbbüsünün tərkib hissəsi kimi PKK terror təşkilatının 47 ildən sonra silah buraxma prosesinə rəsmən start verilib.

Musavat.com xəbər verir ki, bu tarixi addım iyulun 11-də Kandil dağlarının Jesana bölgəsində atılıb və bu, təşkilatın son illərdəki ən mühüm geri çəkilmə aktı kimi qiymətləndirilir.

Tərk-silah olunanlar arasında PKK-nın rəhbərliyində təmsil olunan bir neçə tanınmış sima da yer alır. Onların arasında ən çox diqqət çəkəni isə KCK İcra Şurasının həmsədri, "Bese Hozat" ləqəbi ilə tanınan Hülya Orandır. Bundan başqa, Nedim Seven, Tekoşin Ozan və Tekin Muş kimi digər yüksək vəzifəli şəxslər də silahı yerə qoyanlar sırasındadır.

Məlumatlara görə, Hülya Oran silah buraxma mərasimində 11 dəqiqəlik kürdcə bəyanatla çıxış edib. Bu çıxışda o, yeni mərhələyə keçidin zəruriliyindən, siyasi dialoqa açıq olduqlarından və silahlı mübarizənin artıq məqsədə xidmət etmədiyindən danışıb. Onun bəyanatı simvolik olaraq sülh çağırışı kimi qəbul edilib.

Xatırladaq ki, Hülya Oran 2015-ci ilin 28 oktyabr tarixindən etibarən Türkiyə Daxili İşlər Nazirliyinin “ən çox axtarılan terrorçular” siyahısında “qırmızı kateqoriya” üzrə yer alır. Nazirlik onun tutulmasına görə 20 milyon lirəyə qədər pul mükafatı elan etmişdi.

Hazırda prosesin necə davam edəcəyi, PKK-nın digər qruplarının da bu çağırışa necə reaksiya verəcəyi diqqətlə izlənilir.

Musavat.com

Bese

Barış

Bese

Seçilən
14
1
musavat.com

2Mənbələr