Lənkəran Dövlət Universitetinin (LDU) “Riyaziyyat və İnformatika” kafedrasının müəllimi Abid Qalib oğlu Fərzullazadə 30 yaşında riyaziyyat elmi sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
AzEdu.az -ın əldə etdiyi məlumata görə, o, bu nailiyyəti ilə LDU-nun ən gənc alimi adını qazanıb.
Abid Fərzullazadə Lənkəranın Havzava kəndində anadan olub.
Hazırda çalışdığı Lənkəran Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirir.