AZ

Zorlama, insan alveri Kanye Uestə qarşı 5 İDDİA

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı Lauren Piskiotta keçmiş müdiri Kanye Uesti cinsi zorakılıq, insan alveri, cinsi ayrı-seçkilik və saxta həbsdə ittiham edərək iddiasını genişləndirib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, keçmiş köməkçinin dediyinə görə, Uest onun bədəni haqqında nalayiq fikirlər səsləndirib və ondan dar paltar geyinməsini tələb edib. İddiaya görə, musiqiçi müntəzəm olaraq qıza toxunaraq, onu başqaları ilə cinsi əlaqədə olmasına baxmağa məcbur edib.

Şikayətdə deyilir: "Uest dəfələrlə onunla cinsi əlaqədə olmasını israr edib, qadın isə imtina edib. Bir dəfə əli ilə ona toxunmağa cəhd edib. Digər dəfə isə zorla oral sekslə məşğul olub".

Həmçinin iddia edilir ki, reper Piskiotta işdən çıxarıldıqdan sonra onu təqib edib, ona qarşı cinayətlər barədə yalan məlumat verib.

2024-cü ilin oktyabrında Uestin keçmiş köməkçisi Lauren Piskiotta reperi P.Diddi ilə birlikdə narkotik qəbul etməkdə günahlandırıb. O, musiqiçinin ofisinin “seksual oyun meydançasına” çevrildiyini də iddia edib. Piskiotta həyat yoldaşı Byanka Censorinin reperin "pozğun cinsi fantaziyalarında" həvəslə iştirak etdiyini iddia edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
lent.az

1Mənbələr