AZ

Naxçıvanda qəza: İki “VAZ” toqquşdu VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 11-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 75-BK-211 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, “VAZ-2107” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzalı avtomobillər yoldan kənarlaşdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr