AZ

Paytaxtda oğurluq edən şəxslər saxlanılıb

Paytaxtın Binəqədi rayonu ərazisində bir neçə evdən elektrik naqillərinin oğurlanması faktı üzrə polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Bakues.az-a verilən məlumata görə, Nəticədə, qeyd edilən oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 55 yaşlı Y.Mirzəyev və 51 yaşlı V.Mürsəlov müəyyən olunaraq saxlanılıblar.

Bundan əlavə, Nizami rayonu ərazisində bir nəfərə məxsus, 600 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Qurbanov da polis əməkdaşları tərəfindən tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
22
icma.az

1Mənbələr