AZ

Türkiyə üçün tarixi gün: Kürd döyüşçüləri silahlarını yandırır – FOTO

Terrorçu Kürdüstan Fəhlə Partiyasının yaraqlıları (PKK) İraqın şimalında keçirilən mərasim zamanı silahlarını könüllü yerə qoyaraq simvolik şəkildə yandırıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə və Kürd mediası məlumat yayıb.

“Biz [PKK lideri] Abdullah Öcalanın 19 iyun 2025-ci il tarixli bəyanatında səsləndirdiyi çağırışa cavab olaraq buraya [İraqın Süleymaniyyəsinə] gəldik. Bizim buraya gəlişimiz həm də PKK-nın 5-7 may tarixlərində keçirilən 12-ci Qurultayının qərarları ilə əsaslandırılır. Biz könüllü olaraq bu addımın sizlərə, xüsusilə də bütün qadınlarımıza fayda verəcəyinə ümid edirik. Türkiyə və Yaxın Şərq xalqlarını və bütün bəşəriyyəti regional və dünya güclərini xalqımızın qanuni və demokratik hüquqlarına hörmət etməyə çağırırıq”, – deyə PKK-nın bəyanatında vurğulanıb.

Türkiyə mətbuatı tərksilah çərçivəsində 4-ü komandir olmaqla 30 terrorçunun silahlarını yandırdığını yazır.

PKK terror qruplaşmasının 30 nəfərlik ikinci qrupunun yaxın günlərdə silahı yerə qoyacağı da bildirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr