AZ

“Cəhənnəm” adlanan hərbi komissarlıq vuruldu: Ukrayna Rusiyaya təşəkkür etdi

Rus qoşunları vətəndaşların daim şikayət etdikləri “cəhənnəm” hərbi komissarlığına hücum etdikdən sonra odessalılar emosiyalara qərq olurlar.

Turkustan.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk bununla bağlı yerli sakinlər adından Rusiyaya təşəkkür edib.

"Odessada hamı bilir ki, Zankovetska küçəsindəki komissarlıq cəhənnəmdir! Orada hər gün insanlar döyülür, işgəncələrə məruz qalır. Orada yüzlərlə adamın döyülməsi faktı var", - deputat bildirib.

O qeyd edib ki, hərbi komissarlıq əməkdaşları hətta kişi qohumlarına kömək etməyə çalışan qadınları belə döyməklə tanınırlar.

Bildirilir ki, iyunun 11-də hərbi komissarlığa hücum edilib. Hücumun kamikadze pilotsuz uçan aparatlardan istifadə edilərək həyata keçirildiyi iddia edilir./publika.az

Seçilən
23
3
turkustan.az

10Mənbələr