AZ

Sərmayəçilərin Dövlət Neft Fonduna bonus ödənişləri açıqlandı

BAKI, 11 iyul. TELEQRAF

Ötən il neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən Dövlət Neft Fonduna 778 milyon 216 min manat bonus ödənişi edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında" Sərəncamında əksini tapıb.

Sənədə əsasən, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri 3,6 milyon manat olub.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 527,2 min manat təşkil edib.

Seçilən
26
teleqraf.com

1Mənbələr