AZ

Galatasaraydan gənc qapıçıya təklif

Qapıçı axtarışlarını davam etdirən Galatasaray yolunu Belçikaya çevirib. Sarı-qırmızılılar, Antwerp klubunun 23 yaşlı qapıçısı Senne Lammens ilə danışıqlara başlayıb. Fernando Muslera ilə yollar ayrıldıqdan sonra yeni qapıçı transferi üçün geniş siyahı üzərində işlər aparılır.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Belçika mətbuatının, xüsusilə Nieuwsblad nəşrinin yaydığı məlumata görə, Galatasaray Lammens ilə maraqlanır. Antwerp artıq yapon qapıçı Taishi Nozawa-nı heyətinə cəlb etdiyindən, Lammens-in satışına açıqdır.

Xəbərdə Galatasaray nümayəndə heyətinin Antwerp-in Avstriyanın Waidring şəhərində keçirdiyi hazırlıq düşərgəsinə gedərək görüş keçirdiyi bildirilir. Qeyd olunur ki, Lammens-lə bir çox İngiltərə klubları da maraqlanır.

Antwerp klubunun bu transfer üçün 20 milyon funt sterlin tələb etdiyi öyrənilib.


Xeyrənsə Piriyeva


Seçilən
44
1
news24.az

2Mənbələr