AZ

SON DƏQİQƏ: Ermənistanda yeni həbslər başladı 

Daşnaksütyun partiyasının gənclər qanadının üzvü Andranik Çamisyan iki ay müddətinə həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan məlumat verib.

Həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarı Ajapnyak inzibati dairəsinin birinci instansiya məhkəməsi qəbul edib.

Eyni zamanda məhkəmə müstəntiqlərin Andranik Çamisyanın qohumlarına baş çəkməsinə qadağa qoyulması ilə bağlı vəsatətini rədd edib.

Çamisyan terror aktı hazırlamaq işi üzrə müttəhimdir. Müdafiə tərəfinin dediyinə görə, ittihamlar onların müştərilərinin peyntbola olan həvəsinə əsaslanıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
2
1
konkret.az

2Mənbələr