3×3 basketbolu üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Dünya Seriyasının növbəti mərhələsinə qatılıb.

Offsideplus.az xəbər verir ki, yığmamız mübarizəyə təsnifat mərhələsindən başlayıb.

İlk oyunda basketbolçularımız Yaponiyanın "Tsukuba" komandasını məğlub ediblər - 21:10.

Bu gün saat 15-də "Lozanna"ya (İsveçrə) qarşı görüş olacaq.