AZ

Niderland məhkəməsi rusiyalıya mikroçip məlumatlarını oğurladığı üçün 3 il həbs cəzası verib

İyulun 10-da Niderlandın Rotterdam məhkəməsi ASML-dən mikroçip istehsalı ilə bağlı məxfi məlumatları oğurlamaq və bu məlumatı başqa bir texnologiya şirkətinə və Rusiyada adı açıqlanmayan alıcıya ötürdüyünə görə 43 yaşlı rusiyalıya 3 il həbs cəzası verib.

Xatırladaq ki, adı açıqlanmayan 43 yaşlı rusiyalı mühəndis dekabrda saxlanılıb. Müstəntiqlərin fikrincə, şübhəli uzun illər ASML və Mapper Lithography-dən sənədlər oğurlayırmış. Hüquq-mühafizə orqanları bildiriblər ki, mühəndis sanksiyalar rejimini pozaraq məlumatları Rusiyaya ötürə bilərdi.

Təqdim olunan sübutları araşdırdıqdan sonra məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamların bir qismini - məsələn, onun köçürdüyü məlumatlara görə pul alması ilə bağlı ittihamları ləğv etdi. Eyni zamanda, məhkəmə bəyan edib ki, “əsas texnologiyalar haqqında məlumatların Rusiyaya ötürülməsi son dərəcə ağır cinayətdir”: “Bu məlumat ölkənin hərbi və strateji potensialını gücləndirə bilər ki, bu da Ukrayna və dolayısı ilə beynəlxalq təhlükəsizlik və sabitlik üçün nəticələr verə bilər”.

Əziz Mustafa

Seçilən
12
oxumeni.az

1Mənbələr