AZ

“Real Madrid”in futbolçusu yenidən zədələndi

İspaniyanın “Real Madrid” klubunun yeni transferi Endrik növbəti dəfə zədələnib.

Yenisabah.az xəbər verir ki, braziliyalı hücumçunun öncədən xəsarət aldığı sağ bud nahiyəsindəki oynaq vətərində problemlər yenidən üzə çıxıb. Futbolçunun vəziyyətinin pisləşdiyi bildirilir.

Zədə səbəbilə Endrikin La Liqanın qarşıdan gələn mövsümündə çıxış edib-etməyəcəyi sual altındadır. Onun 19 avqust tarixində "Real Madrid"in “Osasuna” ilə keçirəcəyi ilk tur matçında iştirak etməyəcəyi ehtimal olunur. Sezar pizza

Qeyd edək ki, 18 yaşlı futbolçu bundan əvvəl də eyni zədə üzündən klublararası dünya çempionatını buraxmalı olmuşdu.


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr