AZ

Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? CAVAB

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual əcnəbilərin Azərbaycanda yaşama icazəsi alması ilə bağlıdır.

Azərbaycan ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Bu icazəni isə Dövlət Miqrasiya Xidməti verir. 

Bəs əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamağa hansı hallarda icazə verilir?

Lent.az yaşama icazəsi ilə bağlı tələblər barədə məlumat verir.

Əncəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan  vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda,ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;

Azərbaycan ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycanın banklarında həmin məbləğdə pul vəsaiti olduqda, iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 

İcra orqanının müəyyən etdiyi məqsədlər üçün fiziki və ya hüquqi şəxslər tərəfindən dəvət edilmiş xüsusi kateqoriyaya aid mütəxəssis olduqda; 

Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 

Xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyinin rəhbəri və müavini vəzifəsini daşıdıqda; 

Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbəri və onların müavini vəzifəsini daşıdıqda; 

Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, 

Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda; 

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda; 

Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda; 

Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda, yaşamağa icazə verilir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
lent.az

1Mənbələr