Özbəkistan prezidentinin sərəncamına əsasən, bu il Müstəqillik Günü Yeni Özbəkistanın inkişaf səviyyəsini və dünya arenasındakı nüfuzunu tam əks etdirən şəkildə yüksək səviyyədə qeyd olunacaq. Müstəqilliyin 34-cü ildönümünə həsr olunmuş “Vətən üçün, millət üçün, xalq üçün!” şüarını təcəssüm etdirən bayram tədbirləri keçiriləcək.
Hafta.az-ın yazdığına görə, bayram Qaraqalpaqıstanda, vilayət-rayon mərkəzlərində və paytaxt Daşkənddə, eləcə də bütün şəhər, kənd və aullarda qeyd olunacaq. Bayrama hazırlıq və onun keçirilməsi üçün baş nazir Abdulla Aripovun rəhbərliyi altında respublika komissiyası yaradılacaq.
Xatırladaq ki, müstəqillik günü 2024-cü ildə “Bir olsaq, vahid xalqıq, birləşsək, Vətənimizik!”, 2023-cü ildə isə “Yeni həyat naminə, yeni Özbəkistan naminə!” şüarı ilə keçirilib.